İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hissein Brahim Tahadan
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
gəlib.
Trend xəbər verir ki, məktubda deyilir:
“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə
Zati-alinizə və Azərbaycan xalqına səmimi təbriklərimi çatdırmaqdan
şərəf duyuram. Sizə Uca Allahdan möhkəm cansağlığı, xoşbəxtlik,
Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm.
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Azərbaycan Respublikası ilə sıx
əlaqələrini yüksək qiymətləndirir və birgə İslam fəaliyyətinin
təşviqi məqsədi daşıyan bu qurumun dəstəklənməsində ölkənizin
rolunu təqdir edir. İƏT üzv ölkələrin ümumi dəyərlərinin təbliği və
bu ölkələr arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin
möhkəmləndirilməsi işində səylərini bundan sonra da davam
etdirəcək.
Ümidvaram ki, Zati-aliniz üzv ölkələrin xalqları arasında
həmrəyliyin möhkəmləndirilməsində və birgə İslam fəaliyyəti üçün
yeni üfüqlərin açılmasında liderliyini və dəstəyini bundan sonra da
əsirgəməyəcək.
Cənab Prezident, xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı
qəbul edin”.