İŞİD-in Kərkükdə hücumu nəticəsində ölən və yaralananlar var

İŞİD terrorçularının İraqın Kərkük şəhərinin cənubundakı kəndə
hücumu nəticəsində iki dinc sakini öldürülüb, üç nəfər
yaralanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Federal polis
qüvvələri ərazini tamamilə mühasirəyə alıb.

Həşd əş-Şəabi kimi tanınan İraq Xalq Səfərbərlik Birliyi (PMU)
isə hücumda bir əsgərinin şəhid olduğunu, ikisinin isə
yaralandığını bildirib.

İraq hökuməti 2017-ci ilin dekabrında bütün işğal olunmuş
ərazilərin İŞİD terrorçularından azad edildiyini elan etsə də,
qruplaşmanın qalıqları ölkənin kiçik bölgələrində əsasən Diyala,
Əl-Ənbar, Səlahəddin və Neynəva əyalətlərində gizlənib. Onlar
zaman-zaman hərbçilərə və mülki şəxslərə qarşı terror əməliyyatları
həyata keçirirlər.