İşğaldan azad olunmuş ərazilərdə məşğulluq startegiyası hazırlanacaq – Komitə

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin 2022-ci il üçün iş planı təsdiq olunub. İşğaldan azad
olunmuş ərazilərdə məşğulluq startegiyası hazırlanacaq və məcburi
köçkünlərin repatriasiya prosesinin həyata keçiriləcək.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsindən AzerTimes-a verilən məlumata görə, Azərbaycan Respublikası
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində
Lollegiya iclası keçirilib.

Kollegiya iclasında komitənin mərkəzi aparatının,
departamentlərin və tabe təşkilatların 2021-ci ilin yekunlarına
dair hesabatları müzakirə edilib. Böyük Qayıdışla bağlı beynəlxalq
ictimaiyyətin məlumatlandırılması, mətbuatda işıqlanlandırılması,
məcburi köçkünlərin könüllü şəkildə geri qayıdışının hazırlanması,
təbliğat işinin aparılması, xüsusi karantin rejiminin tələbləri
nəzərə alınmaqla məcburi köçkünlərin onlayn qəbulu, onların
müraciətlərinə baxılması, komitə rəhbərliyinin və aidiyyəti şöbə
müdirlərinin qəbullarının təşkili, kadr siyasətinin “Dövlət qulluğu
haqqında” Qanununa uyğun aparılması haqqında məruzələr
dinlənilib.

Kollegiyanın 2022-ci il üçün iş planı təsdiq olunub. Bundan
başqa, işğaldan azad olunmuş ərazilərdə məşğulluq startegiyasının
hazırlanması və məcburi köçkünlərin repatriasiya prosesinin həyata
keçirilməsi məsələləri müzakirə olunub.

Kollegiyada müzakirəyə çıxarılmış məsələlər barədə müvafiq
qərarlar qəbul olunub.

Teqlər: