İşğaldan azad edilmiş ərazilərdə tapılan meyit qalıqları müayinə edilir – Nazir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aşkarlanan
kütləvi məzarlıqdan gələn meyit qalıqları Səhiyyə Nazirliyinin
məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyində
müayinələrdən keçirilir.

AzerTimes-ın
məlumatına görə, bunu jurnalistlərə səhiyyə naziri Teymur Musayev
deyib.

Nazir bildirib ki, bu prosesə tələb olunan bütün avadanlıqlar və
təlimlərdən keçən mütəxəssislər cəlb olunub.

“Bu barədə daha ətraflı məlumat yəqin ki, proses yekunlaşdıqdan
sonra məlumat veriləcək”, – deyə nazir bildirib.

Qeyd edək ki, kütləvi məzarlıqlar Xocalı rayonunun Fərrux
kəndində, Kəlbəcərdə Başlıbeldə, Şuşa ətrafında, Xocavəndin Edilli
kəndi yaxınlığında, Füzulidə tapılıb və onların sayının artması
gözlənilir.

Teqlər: