Ruslar kiçik yaşayış məntəqələri vasitəsilə Severskə keçib Baxmuta yol açmağa çalışırlar. İşğalçılar qarşılarında gördükləri hər şeyi məhv edirlər. Onlar Verxnekamenskoe istiqamətində irəliləyirlər. Döyüşlər davam edir.
AzerTimes xəbər verir ki, bu barədə Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday Teleqramda qeyd edib.
“Bir neçə günlük nisbi zəifləmədən sonra cəbhədə vəziyyət yenidən gərginləşir. Düşmən Luqansk və Donetsk vilayətlərinin sərhədindəki yaşayış məntəqələrinə 12 raket və hava zərbəsi endirib”, – məlumatda bildirilir.