İyunun 13-də İsfahan əyalətinin Xor-Xəndəq yolunda pərakəndə yanacaq satışı ilə məşğul olan vətəndaşlar hökumət məmurları tərəfindən güllələnib.
AzerTimes xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.
Məlumatda hökumət məmurlarının yanacaq dolu maşına açdığı atəş nəticəsində 4 nəfərin öldüyü, 2 nəfərin isə ağır yaralandığı bildirilib.