İş yoldaşının motosikletini oğurlayan şəxs saxlanılıb

Qax rayonu Zəyəm kəndi ərazisində yerləşən fərdi yaşayış evinin
həyətyanı sahəsindən motosikletin oğurlanması barədə Rayon Polis
Şöbəsinə müraciət daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan AzerTimes-a verilən məlumata görə,
keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu
törədən şəxsin zərərçəkmişin həmkəndlisi və iş yoldaşı Qurban
Qurbanlı olduğu müəyyən edilib. O, əməlini etiraf edib və
oğurladığı motosikleti Bakı şəhərinə apararaq orada 600 manata
satdığını bildirib. Polis əməkdaşları tərəfindən davam etdirilən
tədbirlərlə həmin nəqliyyat vasitəsinin paytaxtdan Gəncə şəhərinə
satıldığı məlum olub və oradan götürülərək istintaqa təqdim
edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Teqlər: