İrlandiyanın baş naziri bəlli oldu

İrlandiyanın baş naziri bəlli oldu

Leo Varadkar yenidən İrlandiyanın baş naziri olacaq.

AzerTimes xəbər verir ki, “Fine Gael” və “Fianna Fail” partiyalarının qurduğu koalisiya hökuməti 2020-ci ilin iyunundan baş nazir olan Mihol Martinin vəzifəsini könüllü olaraq L.Varadkara təhvil verməsi ilə bağlı razılığa gəlib.

M.Martin isə baş nazirin müavini vəzifəsində çalışacaq.

Xatırladaq ki, İrlandiyanın “Fine Gael” partiyasının rəhbəri Leo Varadkar 2017-2020-ci illərdə İrlandiyanın baş naziri olub.

Teqlər: