İrəvanın müraciəti: Avropa Məhkəməsi Bakıya sorğu verdi

İrəvanın müraciəti: Avropa Məhkəməsi Bakıya sorğu verdi

Ermənistanın növbəti sorğusuna tam obyektiv cavab İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim ediləcək.

AzerTimes xəbər verir ki, bu barədə Ali Məhkəmə sədrinin müavini, Azərbaycanın İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İHAM) yanında səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov Tvitterdə yazıb.

“Bundan sonra, göndərdiyimiz məlumat Ermənistana ötürüləcək. Yəni, proses gedir. Şübhəsiz, tam obyektiv məlumat İHAM-a təqdim ediləcək. Azərbaycan hər zaman öz öhdəliklərinə sadiqdir”, – Ç.Əsgərov qeyd edib.

Qeyd edək ki, Ermənistan Avropa Məhkəməsinə müraciət edərək, laçın yolunun açılması ilə bağlı tədbirlər görülməsini istəyib. Avropa Məhkəməsi isə Ermənistanın sorğusuna cavab üçün Azərbaycana müraciət edib. Cavab 19 dekabra qədər göndərilməlidir.

Teqlər: