İrəvandan Putinə qarşı növbəti addım

İrəvandan Putinə qarşı növbəti addım

Ermənistan parlamentinin Dövlət hüquq məsələləri komissiyası Roma Statutunun ratifikasiya layihəsini təsdiqləyib.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, qısa müzakirələrdən sonra komissiya layihəyə müsbət rəy verib.

Qeyd edək ki, Roma Statutunun ratifikasiyası Beynəlxalq Cinayət Məhkəməsinin qərarlarının icrasını şərtləndirir. BCM isə 17 martda Rusiya lideri Vladimir Putinin həbsi haqda order verib.

Ermənistanın israrla Roma Statutunu ratifikasiya etmək istiqamətində çalışmaları İrəvan-Moskva münasibətlərində ciddi gərginliklə müşahidə olunur.

Teqlər: