İrəvandakı partlayışda 16 nəfər itkin düşüb – Nazirlik

İrəvandakı partlayışda 16 nəfər itkin düşüb – Nazirlik

İrəvanın “Sürməli” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində xəsarət alanların 28-i evə buraxılıb.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Partlayış zamanı 16 nəfərin itkin düşdüyü bildirilib.

Qeyd edək ki, dünən “Sürməli” ticarət mərkəzində baş vermiş partlayış nəticəsində 61 nəfər yaralanıb, 6 nəfər isə ölüb.

Teqlər: