İrəvanın mərkəzində “Müqavimət” hərəkatının nümayəndələri mitinq keçirir.
AzerTimes xəbər verir ki, etirazçılar Fransa meydanından yola çıxaraq, Rusiya nümayəndə heyəti, o cümlədən XİN rəhbəri Sergey Lavrovun qaldığı otelin yaxınlığında keçməyi planlaşdırır.
“Biz öz iradəmizi göstərib, tələblərimizi yenidən səsləndirəcəyik. Sabah yenidən bir araya gəlib öz mövqeyimizi səsləndirəcəyik. Erməni xalqının səsi eşidilməlidir”, – hərəkatın koordinatoru İşxan Saqatelyan bildirib.