Gürcü nazir: Türkiyə və Azərbaycanla əməkdaşlıq güclənib!

Gürcü nazir: Türkiyə və Azərbaycanla əməkdaşlıq güclənib!

Gürcüstan-Azərbaycan-Türkiyə üçtərəfli formatda əməkdaşlıq güclənib.

AzerTimes xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze parlamentdə illik hesabatla çıxışı zamanı deyib.

Tərəfdaş ölkələrlə əməkdaşlıq istiqamətlərindən danışan nazirin sözlərinə görə, bu əlaqələr Böyük Britaniya, Fransa, Almaniya, Baltikyanı ölkələr, Skandinaviya ölkələri və Qara dəniz regionu ilə daha da gücləndirilib.

C.Burçuladze Türkiyənin Gürcüstanın Müdafiə Qüvvələrinin dəstəklənməsinə yönələn səylərini də qeyd edib.

Nazir Gürcüstanın və ölkənin Müdafiə Qüvvələrinə səmərəli və sarsılmaz dəstəyinə görə ABŞ-a təşəkkürünü bildirib.

Teqlər: