İrəvanda KTMT NŞ-nin iclası başladı

İrəvanda KTMT NŞ-nin iclası başladı

İrəvanda KTMT Nazirlər Şurasının məhdud tərkibdə iclası başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Məlumata görə, məhdud tərkibli iclasdan sonra geniş tərkibdə iclas keçiriləcək.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və KTMT-nin Baş katibi Stanislav Zas mətbuata bəyanatlarla çıxış edəcəklər. İclasın gündəliyinə beynəlxalq və regional təhlükəsizlik, KTMT-nin böhrana sürətli reaksiya mexanizmlərinin gücləndirilməsi ilə bağlı məsələlər daxildir. İclasın yekununda KTMT-yə üzv dövlətlərin nümayəndələri arasında xarici siyasət, müdafiə və təhlükəsizlik məsələləri üzrə anlaşma memorandumunun, 2022-2024-cü illər üçün məsləhətləşmələr proqramının imzalanması planlaşdırılır.

Teqlər: