İrəvanda həyəcan: nazirlər Qərb ölkələrinə bunu yazır…

İrəvanda həyəcan: nazirlər Qərb ölkələrinə bunu yazır…

Ermənistanın Baş naziri Nikol Paşinyan bütün nazirlərə, deputatlara və partiyasının idarə heyətinin digər üzvlərinə məktub yazıb və beynəlxalq tərəfdaşları köməyə çağırmağı tapşırıb.

AzerTimes xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

“Paşinyan hökuməti üçün təhlükə var. Hakimiyyət də, müxalifət də, geniş ictimaiyyət də bundan danışır. Təhlükənin haradan gəldiyi hələ bəlli deyil, amma bu, faktdır: müxalifət partiyalarının gözləntiləri, Paşinyan və komanda yoldaşlarının təşviş və qorxusu var.

Paşinyan bütün komanda yoldaşlarına məktub yazmağı, beynəlxalq tərəfdaşlara zəng edərək Rusiyanın Ermənistanda hakimiyyəti dəyişmək niyyətində olduğunu, İrəvanın köməyə ehtiyac duyduğunu bildirməyi tapşırıb, başqa sözlə, Nikol Ermənistanda onun yerinə rusiyayönümlü qüvvə və ya fiqurun keçəcəyindən ehtiyat edərək hələ də Qərbin dəstəyini qazanmağa, hakimiyyətini qorumağa çalışır.

İndi bütün komanda səstoplama kampaniyası ilə yanaşı, müxtəlif paytaxtlara məktub və çağırışlarla da məşğuldur. Çünki Paşinyanın gedişi Rusiyanın Ermənistanda daha da güclənəcəyi anlamına gəlir. Diplomatik korpusa Paşinyan hökumətini təhdid edən təhlükələr barədə müxtəlif kanallar vasitəsilə digər ölkələrin hakimiyyət orqanlarını məlumatlandırmaq da tapşırılıb”, – məlumatda deyilir.

Teqlər: