Cari il ərzində Ermənistan Milli Təhlükəsizlik Xidməti dövlətə xəyanətlə bağlı 5 cinayət işini məhkəməyə təqdim edib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.
Qeyd olunur ki, həmin cinayət işlərilə bağlı ibtidai istintaq yekunlaşıb, 12 nəfər dövlətə xəyanətdə təqsirləndirilir.
Məlumat görə, ölkə vətəndaşlarının dövlət əleyhinə fəaliyyətləri nəticəsində xarici kəşfiyyat orqanları Ermənistan ordusunun sərəncamında olan silah və hərbi texnikanın növləri, qoşunların hərəkəti və yerdəyişməsi, hərbi birləşmələr, onların sayı, habelə şəxsi heyətin sayı, mümkün döyüş taktikası barədə məlumat əldə ediblər.
Agentura şəbəkəsinə hərbi xarakterli məxfi məlumatlara çıxışı olan keçmiş və indiki hərbi qulluqçuların cəlb edildiyi iddia olunur.