İrəvanda bomba həyəcanı: metro fəaliyyətini dayandırdı

İrəvanda bomba həyəcanı: metro fəaliyyətini dayandırdı

Ermənistan Fövqəladə Hallar Nazirliyinin elektron ünvanına İrəvan metrosunun bütün stansiyalarına bomba qoyulması barədə məlumat daxil olub.

AzerTimes xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

İrəvan metrosu bomba qoyulması xəbərinə görə fəaliyyətini tamamilə dayandırıb. Hadisə ilə bağlı polisə də məlumat verilib.

Hazırda xilasedicilər sərnişinlərin təxliyəsi ilə məşğul olur.

Teqlər: