İrəvanda bomba həyəcanı: 10 müəssi toxlanılır

İrəvanda bomba həyəcanı: 10 müəssi toxlanılır

İrəvanda 10 təhsil müəssisəsinə bomba qoyulması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

AzerTimes xəbər verir ki, bu barədə “Shamshyan.com” məlumat yayıb.

“Hazırda aidiyyəti qurumların əməkdaşları Moskva küçəsində yerləşən Puşkin adına məktəbdə, Tiflis şosesində yerləşən Ayb mərkəzində, eləcə də bir sıra digər təhsil müəssisələrində yoxlamalar aparır”, – məlumatda deyilir.

Qeyd olunur ki, Milli Təhlükəsizlik Xidmətinin və polisin nümayəndələri məlumatın müəlliflərini müəyyənləşdirir, belə bir versiya var ki, bu, növbəti saxta həyəcandır.

Teqlər: