İrəvana ABŞ-dan yenə nümayəndə heyəti gəldi

İrəvana ABŞ-dan yenə nümayəndə heyəti gəldi

ABŞ Konqresinin nümayəndə heyəti bu gün İrəvana gəlib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan parlamenti məlumat yayıb.

Bildirilib ki, nümayəndə heyətinə ABŞ Nümayəndələr Palatasının Demokratik Tərəfdaşlıq Komitəsinin sədri Devid Prays başçılıq edir.

Heyətə Nümayəndələr Palatasının üzvləri Diana Degget, Cim Kuper və Endi Levin daxildir.

Sabah parlamentin Xarici Əlaqələr Daimi Komissiyasının sədri Eduard Ağacanyan və Devid Prays mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının sədri Pelosi sentyabrda İrəvana səfər etmişdi.

Teqlər: