Çin banklarından gözlənilməz: Kütləvi şəkildə dollar satır

Çin banklarından gözlənilməz: Kütləvi şəkildə dollar satır

Böyük Çin bankları yuanı möhkəmləndirmək üçün dollar satmağa başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” bank sektorundakı mənbələrə istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, Çinin əsas dövlət bankları bu gün günü svop və spot əməliyyatlarının kombinasiyasından istifadə edərək külli miqdarda dollar satıblar.

Məlumata görə, müvafiq sifariş kredit təşkilatlarına sentyabr ayında daxil olub. Eyni zamanda, dollar satışından sonra məzənnə bir dollar 6,95 yuana kimi ucuzlaşıb:

“Yuanın möhkəmlənməsi əməliyyatı çox güman ki, Çinin 3 trilyon dollar olan valyuta ehtiyatlarına təsir göstərməyib.

Qeyd edək ki, ötən ayın 26-da Çin Xalq Bankı 2020-ci ilin iyul ayından bəri ilk dəfə bir dolları 7 yuana kimi ucuzlaşdırmışdı.

Teqlər: