İrəvan Sərhəd Qoşunlarını Ermənistan-Azərbaycan sərhədinin Tavuş rayonunun Kirants kəndi yaxınlığındakı hissəsinə yerləşdirir.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) bəyanat yayıb.
Məlumata görə, qurumun Sərhəd Qoşunları Tavuş vilayətinin Kirants kəndi ərazisində dövlət sərhədinin mühafizəsi üzrə təlimlər keçirir.
Qeyd olunub ki, təhlükəsizlik və əməliyyat məqsədi ilə qeydiyyatı olmayan vətəndaşların Kirants kəndinə girişi müvəqqəti olaraq məhdudlaşdırılıb.