Hərbi attaşelər və diplomatlar Laçına getdi

Hərbi attaşelər və diplomatlar Laçına getdi

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin – səfirlərin, hərbi attaşelərin və beynəlxalq təşkilatların təmsilçilərinin mayın 24-də Laçın şəhərinə səfəri başlayıb.

AzerTimes xəbər verir ki, səfər çərçivəsində diplomatik korpusun nümayəndələri COP-29-la əlaqədar təqdimat mərasimində iştirak edəcəklər. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədovun, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayevin və digər rəsmi şəxslərin çıxışları gözlənilir.

Bundan əlavə, diplomatlara Laçın şəhərində həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat veriləcək, onlar Zerti Aqro-Sənaye Parkı və Hoçazfilm kinopavilyonu ilə tanış olacaqlar. Həkəri çayına balıqların buraxılması prosesini canlı izləyəcəklər və “Xalça belə yarandı” adlı sərginin açılışında iştirak edəcəklər.

Teqlər: