İrəvan Rusiyadan bu şəxsi tələb edir

İrəvan Rusiyadan bu şəxsi tələb edir

Ermənistan Baş Prokurorluğu Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın əmisi oğlu Karen Vanetsyanın ekstradisiyası üçün Rusiyaya sorğu göndərib.

AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Qeyd edək ki, İsveçrə və Ermənistan vətəndaşı olan Vanetsyan qanunsuz sxemlərdən istifadə edərək Zəngəzur Mis-Molibden Kombinatının 12,5%-lik payını əldə etməklə çirkli pulların yuyulmasında ittiham olunur.

2023-cü ilin noyabrında Ermənistanın Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun Vanetsyanın qiyabi həbsinə dair vəsatətini təmin edib.

Teqlər: