İrəvan Rusiyada keçirilən turnirdən imtina etdi

İrəvan Rusiyada keçirilən turnirdən imtina etdi

Ermənistan 2024-cü ildə Kazanda keçiriləcək “Gələcək Oyunlar” beynəlxalq multi-idman turnirində iştirak etməyəcək.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın Elm, Təhsil, Mədəniyyət və İdman Nazirliyinin nümayəndəsi Artur Sedrakyan deyib.

“Ermənistan iştirak etmək üçün bildiriş alıb. Bunu sənayedə qeydiyyatdan keçmiş bir neçə şirkətin e-poçt ünvanlarına göndərdik, lakin mənfi cavab aldıq. Müsabiqədə iştirak etmək üçün namizədlərinin olmadığını qeyd ediblər”, – o bildirib.

Xatırladaq ki, turnir 2024-cü il fevralın 21-dən martın 3-dək Kazanda keçiriləcək. Müxtəlif ölkələrdən 260-dan çox təcrübəli komanda və 2000-dən çox idmançı 21 innovativ fənn üzrə iştirak edəcək.

Teqlər: