İrəvan rus telekanallarını bağlamalıdır – Navasardyan

İrəvan rus telekanallarını bağlamalıdır – Navasardyan

Rusiya telekanallarının yayımı dayandırılsa, bu, İrəvanın “müstəqillik hərəkatı”na başladığını sözdə deyil, konkret addımlarda da göstərməyə hazır olduğunu sübut edəcək.

AzerTimes xəbər verir ki, bu barədə İrəvan Mətbuat Klubunun prezidenti Boris Navasardyan Feysbuk səhifəsində yazıb.

“Çağırışlar eşidirəm ki, Ermənistan hakimiyyətini tənqid etmək əvəzinə, konkret hansı addımları atmalı olduqları ilə bağlı təkliflər verilməlidir. Müxtəlif platformalarda bir neçə belə təkliflər səsləndirmişəm. Onlardan biri ölkəmizdə tirajlanan Rusiya telekanallarının Ermənistanda ictimai multiplekslərdən çıxarılmasıdır. Ermənistanın Televiziya və Radio Komissiyasının nümayəndələri iddia edirlər ki, onlar hökumətə ölkədə “Pervıy” və “Rossiya 1” kanallarının ictimai multipleks yayımına dair Rusiya ilə hökumətlərarası sazişi ləğv etməyə imkan verən hüquqi əsaslar təqdim ediblər”, – Navasardyan bildirib.

Teqlər: