İrəvan Qarabağ separatçılarına əlavə 4 milyard ayırır

İrəvan Qarabağ separatçılarına əlavə 4 milyard ayırır

Ermənistan Qarabağa 4 milyard dram (10.2 milyon dollar) məbləğində əlavə yardım ayıracaq.

AzerTimes xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

“Kabinetin bugünkü iclasının gündəliyinə Qarabağa 4 milyard dram məbləğində əlavə yardımın göstərilməsi məsələsi daxildir. Qarabağ əhalisinə lazımi humanitar, sosial-psixoloji dəstəyin göstərilməsi son dərəcə zəruridir”, – Paşinyan bildirib.

Qeyd edək ki, Paşinyan bu gün Laçın yolundakı aksiyanın təsirləri ilə bağlı NK-nın iclasını keçirib.

Teqlər: