Rusiya İmperiyasının İrəvan şəhərini ələ keçirən əsgərlərə 1 oktyabr 1828-ci il tarixində verdiyi medal maraq doğurub.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, sözügedən medalın üzərində erməni memarlığına aid kilsə və ya hansısa abidənin olmaması diqqət çəkib.
Təsvirdə məscid və islam mədəniyyətinə uyğun tikililərin yer alması buranın qədim Azərbaycan torpağı olmasını növbəti dəfə sübut edir.