İrəvan bir neçə gün öncə bundan imtina etmişdi…

İrəvan bir neçə gün öncə bundan imtina etmişdi…

Ermənistanla Azərbaycan arasında bu gün baş vermiş toqquşmanın səbəbi təkcə iki ölkə arasında sülh müqaviləsinin imzalanmaması və Ermənistanın bundan irəli gələn təxribatları ilə deyil, həm də delimitasiya, nəqliyyat xətləri kimi bir sıra istiqamətlər üzrə əhəmiyyətli irəliləyişin olmaması ilə bağlıdır.

AzerTimes xəbər verir ki, bu fikirləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev paylaşıb.

Siyasi ekspert məsələnin təfərrüatını belə açıqlayıb:

“Hələ bir neçə gün əvvəl Ermənistan tərəfi Zəngəzur dəmiryol layihəsindən imtina etdiyini açıqlayıb.

Qeyd edək ki, indiyə kimi Ermənistan Azərbaycan torpaqlarında rahatlıqla hər cür hərbi əməliyyatlar həyata keçirə bilirdi. İşğal və daha sonra dağıntılar 30 il ərzində Azərbaycan ərazisində baş verib. Bundan sonra Ermənistan tərəfdən atəşin açılması o qədər də asan olmayacaq”.

Politoloq qanunsuz erməni birləşmələrinin mövcudluğu məsələsini də gündəmə gətirib:

“Sülh üçün digər böyük maneə Azərbaycan ərazisində qanunsuz Ermənistan silahlı birləşmələrinin mövcud olmasıdır. Bu məsələ çoxdan həll olunmalı idi, lakin istər 2020-ci ildə baş vermiş müharibədən əvvəl, istərsə də sonra bütün məsələlərdə olduğu kimi, bu məsələnin həlli də Ermənistan tərəfindən uzadılır. Digər müvafiq şərtlərlə bərabər qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınması yeganə həll yoludur”, – deyə ekspert bildirib.

Teqlər: