İrəvan Bakını ikinci dəfə BMT-yə şikayət etdi

İrəvan Bakını ikinci dəfə BMT-yə şikayət etdi

Ermənistan Azərbaycanın Laçında sərhəd-buraxılış məntəqəsi qurmasına görə ikinci dəfə BMT-nin beynəlxalq məhkəməsinə müraciət edib.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın beynəlxalq hüquq məsələləri üzrə nümayəndəsi Yegişe Kirakosyan deyib.

“Sərhəd-buraxılış məntəqəsinin qoyulmasından sonra ikinci dəfə BMT-nin beynəlxalq məhkəməsinə müraciət etdik. İrəvan ümid edir ki, Haaqa iddiamızla bağlı yekun qərar qəbul olunana qədər Laçın dəhlizində maneəsiz hərəkət tələbi ilə Bakıya qarşı müvəqqəti tədbir görəcək”, – Kirakosyan bildirib.

Teqlər: