İrəvan Azərbaycanla sərhədi açsa… – “Mülki müqavilə”

İrəvan Azərbaycanla sərhədi açsa… – “Mülki müqavilə”

Erməni təyyarələri üçün Türkiyə səmasının qapalı olması məsələsini ölkənin aviasiya idarələri avropalı və regional həmkarları ilə birlikdə həll etməlidir.

AzerTimes xəbər verir ki, bunu “Mülki müqavilə” fraksiyasının deputatı Xaçatur Sukiasyan deyib.

“Mən Ermənistan-Türkiyə sərhədinin açılmasının və iki dövlət arasında münasibətlərin normallaşmasının tərəfdarı olaraq qalıram. Ermənistan bütün qonşu ölkələrlə – Gürcüstan, İran, Türkiyə və Azərbaycanla açıq sərhədlər şəraitində iqtisadi fayda əldə edəcək. Mən bunun tərəfdarıyam, çünki bunun ölkəmə faydalı olduğunu başa düşürəm. Erməni məhsulları Türkiyə üzərindən Avropaya ixrac edilərsə, nəqliyyat xərcləri azalar, mallar daha rəqabətədavamlı olar”, – o bildirib.

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Çavuşoğlu Ankaranın erməni təyyarələrinə uçuşu bağlaması qərarını İrəvanda “Nemezis” terror hərəkatının “qəhrəmanlarına” abidənin açılması ilə izah etmişdi. Ankara abidənin açılışını təxribat adlandırıb.

Teqlər: