İraqın şimalında və Suriyada 3 terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında və Suriyada 3 terrorçunu zərərsizləşdirib.

AzerTimes-ın məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, İraqın şimalındakı “Pençe Şimşək” əməliyyatı bölgəsində 2 PKK terrorçusu, Suriyanın şimalında isə “Sülh bulağı” əməliyyatı bölgəsinə hücum etməyə cəhd edən PKK-nın 1 terrorçusu məhv edilib.