İraqın şimalında türk əsgəri şəhid olub

İraqın şimalında “Pence-Şimşek” əməliyyatı zonasında Türkiyə ordusunun əsgəri həlak olub.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi “Twitter” səhifəsində məlumat yayıb.

Hadisəni törədən iki terrorçu Türkiyə Hava qüvvələri tərəfindən qaça bilməyərək məhv ediliblər.


Türkiyənin müdafiə naziri Hulusi Akar əsgərin ailəsinə başsağlığı verib.