İraqın şimalında türk əsgəri şəhid oldu

İraqın şimalında türk əsgəri şəhid oldu

İraqın şimalında separatçı terror təşkilatının üzvlərinin açdığı atəş nəticəsində Türkiyə ordusunun əsgəri Mustafa Öztürk şəhid olub, üç əsgər isə yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, yaralılar dərhal xəstəxanaya çatdırılıb və müalicələrinə başlanılıb.

Xatırladaq ki, ötən gün İraqın şimalında həyata keçirilən “Pəncə Kilid” əməliyyat zonasında Türkiyə ordusunun iki hərbçisi minanın partlaması nəticəsində şəhid olub.

Teqlər: