İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında Qara rayonunda 3 PKK terrorçusunu zərərsizləşdirib.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, Türkiyə İraqın şimalında terrorçu mövqelərinə qarşı effektiv zərbələr endirməyə davam edir:


“Türkiyə Hava Qüvvələri müvəffəqiyyətli hava əməliyyatı nəticəsində Qara rayonunda üç PKK terrorçusunu zərərsizləşdirib”.