İraqın Baş naziri Baydenlə ABŞ hərbçilərinin ölkədən çıxarılmasını müzakirə edəcək

İyulun 26-da İraqın Baş naziri Mustafa Al-Kazimi ABŞ prezidenti Cozef Baydenlə görüşəcək.

AzerTimes-ın məlumatına görə, Vaşinqtonda keçiriləcək görüşdə Mustafa Al-Kazimi Cozef Baydenlə ölkəsində ABŞ silahlı qüvvələrin mövcüdluğuna son qoyulması məsələsini müzakirə etmək niyyətindədir.

“ABŞ-İraq əlaqələrinin səviyyəsini, xüsusən ABŞ-ın İraqdakı mövcüdluğu və silahlı qüvvələrinin ölkəmizi tərk etməsi məsələlərini müzakirə etmək üçün Vaşinqtona gedəcəyəm”, – Baş nazir deyib.

Xatırladaq ki, 5 yanvar 2020-ci ildə İraq parlamenti bütün xarici qüvvələrin ölkədən tamamilə çıxarılmasını tələb edən qərar qəbul edib.

Teqlər: