İraqın Ənbar əyalətindəki “Ayn əl-Əsəd2 hərbi bazası raket
hücumuna məruz qalıb.
AzerTimes-ın
məlumatına görə, bu barədə “News 18” telekanalı xəbər verib.
Məlumata əsasən, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın
qoşunlarının yerləşdiyi bazaya 5 raket atılıb. Hücum zamanı xəsarət
alan olmayıb, dağıntılar da qeydə alınmayıb.
Raketlərin növü və hücumun məqsədi barədə məlumat verilməyib.
Raketlərin dəqiq kim tərəfindən atıldığı da məlum deyil.