Xəbər - Orxan Nəbiyev – Trend:
İraqın cənubundakı NAsiriyyə şəhərində koronavirus xəstələrinin müalicə aldığı xəstəxanada baş vermiş yanğın nəticəsində həlak olanların sayı 77 nəfərə çatıb.
AzerTimes-ın məlumatına görə, bu barədə İraq mətbuatı bildirir.
Hadisə yerində axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, Əl-Hüseyn xəstəxanasında oksigen balonu partlayıb. Partlayışdan dərhal sonra yanğın başlayıb.
Aprel ayında paytaxt Bağdadda xəstəxanada baş vermiş partlayış nəticəsində 82 nəfər həlak olmuş, 110 nəfər xəsarət almışdı.