İraqda neft emalı zavodu raket atəşinə tutulub

İraqın Ərbil şəhəri raket hücumlarına məruz qalıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Alsumaria” televiziya kanalı
bildirib.

Məlumata əsasən, hücumun hədəfi İraq Kürdüstanının paytaxtı olan
bu şəhərdəki neft emalı zavodu olub. Yanacaq anbarında güclü yanğın
baş verib. Xəsarət alanlar barədə məlumat verilməyib.

İraq təhlükəsizlik qüvvələrinin nümayəndələrinin sözlərinə görə,
yanğınsöndürənlər vəziyyəti nəzarət altına ala biliblər.

Teqlər: