İraqda hərbi-hava bazasına raket zərbəsi endirilib

Xəbər - Orxan Nəbiyev – Trend:

İraqda beynəlxalq koalisiya qüvvələrinin istifadə etdiyi Əyn-əl-Əsəd hərbi-hava bazasına raket zərbəsi endirilib.

Trend-in məlumatına görə, Ənbarda yerləşən bazaya azı bir raket düşüb. Daha iki raket bazaya çatmamış partlayıb.

Zərbənin fəsadları və ya itkilər barədə məlumat verilməyib.

Əyn-əl-Əsəd hərbi-hava bazası paytaxt Bağdaddan 110 kilometr qərbdə yerləşir.

Qeyd edək ki, bazada ABŞ hərbçiləri yerləşdirilib.