İraqda hava limanının ərazisi raket atəşinə tutulub

İraqın Ərbil şəhərinin hava limanının ərazisi raket atəşinə tutulub.

AzerTimes-ın “Al Arabiya” telekanalına istinadən verdiyi məlumata görə, hava limanının ərazisinə azı 3 raket buraxılıb. İnsident nəticəsində 3 nəfər xəsarət alıb.


Bildirilir ki, raket hücumunun hədəfi ABŞ Hərbi Hava Qüvvələrinin bazası olub.