İraqın paytaxtı Bağdadda etirazçılar hökumətin toplaşdığı binaya soxulublar.
AzerTimes xəbər verir ki, iğtişaşlar şiə lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini elan etdikdən sonra başlayıb.
Onun tərəfdarları Respublika Sarayına soxulublar, burada polislə toqquşmalar olub.
Məlumata görə, hazırda paytaxtda komendant saatı elan olunub.