İlin sonunadək rus ordusu məhv ediləcək – Jdanov

İlin sonunadək rus ordusu məhv ediləcək – Jdanov

Ukrayna Silahlı Qüvvələri hazırda ən çox reaktiv yaylım atəş sistemləri və texnikaya ehtiyac duyur. Bu, ABŞ-dan istədiyimiz ən vacib şeydir.

Bu barədə AzerTimes-a açıqlamasında ukraynalı hərbi ekspert Oleq Jdanov bildirib.

“İndi bizə tanklar, zirehli maşınlar lazımdır. Həm də güclü artilleriya lazımdır – həm lüləli, həm reaktiv. Əgər bu üç milyardlıq paketdə məhz belə yardım olacaqsa, onda müharibənin əsas fazası ilin sonuna qədər başa çatacaq. Biz bu ilin sonuna qədər Rusiyanın ordusuna ağır zərbələr vuraraq, 1991-ci ilin ümumi qəbul edilmiş sərhədlərinə çıxa biləcəyik”, – deyə həmsöhbətimiz bildirib.

Qeyd edək ki, bir müddət öncə ABŞ Prezidenti Co Bayden Ukraynaya təxminən 3 milyard dollar həcmində hərbi yardım paketinin ayrıldığını bəyan edib.

Teqlər: