İraqda ABŞ hərbçiləri yerləşən baza atəşə tutulub

İraqın paytaxtı Bağdadda ABŞ hərbçiləri yerləşən baza raket atəşinə tutulub.

AzerTimes-ın məlumatına görə, bu barədə Reuters agentliyi xəbər yayıb.

Bildirilib ki, bazanın ərazisinə ən azı üç raket düşüb.

Xəsarət alan və dağıntılar haqqında məlumat verilməyib.