İraqa hücumla bağlı məlumat vermədik – ABŞ

İraqa hücumla bağlı məlumat vermədik – ABŞ

ABŞ hökuməti ötən həftənin sonunda İraq və Suriyada həyata keçirdiyi hücum planı barədə Bağdaddakı səlahiyyətlilərə əvvəlcədən məlumat verməyib.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəis müavini Vedant Patel bildirib.

Onun sözlərinə görə, zərbələrdən dərhal sonra İraq tərəfi məlumatlandırılıb.

Qeyd edək ki, ABŞ ötən həftə Suriya və İraqda SEPAH və onunla əlaqəli silahlı qrupun Amerika qüvvələrinə hücum etmək üçün istifadə etdiyi hədəflərə zərbələr endirib.

Teqlər: