İraqın şərqində İŞİD terror qruplaşmasına qarşı genişmiqyaslı əməliyyat başlayıb.
AzerTimes-ın məlumatına görə, bu barədə Respublikanın Silahlı Qüvvələrinə istinadən “Shafaq News” portalı xəbər yayıb.
“Təhlükəsizliyin təmin edilməsi üzrə genişmiqyaslı əməliyyatı bazar günü səhər Diyala əyalətinin şimalındakı Əl-Əzimdə başlayıb. Əməliyyatda ordu hissələri, xüsusi təyinatlılar, Əl-Həşd əş-Şaabi şiə qoşunlarının və yerli tayfaların döyüşçüləri iştirak edirlər. Onlara havadan dəstək ölkənin Hərbi Hava Qüvvələri tərəfindən təmin edilir, üç istiqamətdən radikalların mövqelərinə qurudan hücum həyata keçirilir”, – deyə məlumatda deyilir.
Qeyd edilir ki, əməliyyat bu həftənin əvvəlində İŞİD terrorçularının Diyalada həyata keçirdiyi hücuma cavab olaraq həyata keçirilir.