Burkina-Fasoda iki hərbi düşərgədə atışma olub

Bu gün Burkina-Fasonun paytaxtı Uaqaduqu şəhərində iki hərbi düşərgədə atışma olub.

AzerTimes-ın məlumatına görə, bu barədə Fransanın “RFI” radiostansiyası xəbər yayıb.

Məlumata əsasən, atışma general Baba Say adına və Sanqule Lamiza adına düşərgələrdə baş verib.

İnsidentin digər təfərrüatları və zərərçəkənlər barədə məlumat verilmir.