İraq ordusu ölkənin şimalında 7 İŞİD terrorçusunu məhv edib

İraq Hərbi Hava Qüvvələri və ordu bölmələri ölkənin şimalında İŞİD terror qruplaşmasının 7 üzvünü məhv edib.

AzerTimes-ın məlumatına görə, bu barədə özünün “Twitter” hesabında ölkənin Silahlı Qüvvələrinin Ali Baş Komandanının mətbuat katibi Yəhya Rəsul yazıb.


“Səlahəddin əyalətinin operativ komandanlığının uzunmüddətli müşahidəsindən sonra Hərbi Hava Qüvvələri uğurlu zərbə endirib, nəticədə Sabiat bölgəsində 5 terrorçu məhv edilib. Daha sonra zərbənin endirildiyi əraziyə quru qoşunları yollanıb və onlar da orada 2 terrorçunu məhv ediblər. Nəticədə məhv edilən terrorçuların sayı 7-yə çatıb”, – deyə Y.Rəsul bildirib.