İranlının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanıldı – Video

İranlının narkokuryerliyə cəlb etdiyi şəxs saxlanıldı – Video

İran vətəndaşının narkokuryerliyə cəlb etdiyi dəstə üzvü, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1982-ci il təvəllüdlü Ramil Səfərov saxlanılıb.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Qeyd olunub ki, Binəqədi RPİ Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə onun üzərindən 3 kiloqramdan çox tərkibi psixotrop maddələlərlə zənginləşdirilən marixuana aşkarlanıb.

R.Səfərov narkotik vasitəni sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının göstərişi ilə əvvəlcədən müəyyənləşdirilən məkandan satış məqsədilə götürdüyünü bildirib.

R.Səfərovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Teqlər: