Kərbalaya ziyarətə gedən iki iranlının çantasında insan skeletləri aşkarlanaraq götürülüb.
AzerTimes xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Bildirilib ki, skletlər 28 və 6 il əvvəl ölən qadın və kişiyə məxsusdur.
Saxlanılanlar skletlərin ata və analarına məxsus olduğunu deyiblər.
Onların sözlərinə görə, ata-anaları İraqda dəfn olunmaları barədə vəsiyyət ediblər və bunun üçün onların skletlərini özləri ilə Kərbəlaya aparmaq istəyiblər.