Azərbaycan-Belçika oyununun hakimləri açıqlandı

Azərbaycan-Belçika oyununun hakimləri açıqlandı

Bakıda Azərbaycan və Belçika komandaları arasında keçiriləcək AVRO-2024-ün seçmə mərhələsinin oyunu üçün təyinatlar açıqlanıb.

AzerTimes xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Qarşılaşma Serbiyadan olan hakimlər briqadasına həvalə edilib.

FİFA referisi Nenad Minakoviçə yan xətt hakimləri Slobodan Pavloviç və Nikola Boroviç kömək göstərəcək. Dördüncü hakim funksiyasını Milan Mitiç yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da gerçəkləşəcək Azərbaycan-Belçika görüşü saat 17:00-da başlayacaq.

Teqlər: